
Az.shafaqna.com xəbər verir ki, Gürcüstanın müxalif “Avropa Gürüstanı” partiyası 2020-ci il parlament seçkiləri üçün majoritat deputatlığa namizədlərini təqdim edib.
Partiyanın 30 majoritar dairədən 16 namizədi olacaq.
Adıçəkilən partiyanın Marneuli-Qardabani dairəsində irəli sürdüyü azərbaycanlı namizədin də adı bəlli olub: Əhməd İmamquliyev.
Partiyanın liderləri Qiqi Uqulava Zuqdididə, Qiqa Bokeriya isə Poti də öz namizədliyini irəli sürüb.
Digər namizədlərin adlarını təqdim edirik:
Zurab Çiaberaşvili – Telavi-Axmeta-Kvareli-Laqodexi;
Giorqi Qviniaşvili – Qurcaani-Saraqeco-Siqnaqi-Dedoplistskaro;
İrma Nadiraşvili – Rustavi;
Ares Karapetyan – Axalkalaki-Ninotsmindski;
Otar Kaxidze – Kutaisi;
Serqo Ratiani – Saçxere-Baqdati-Çiaturi-Xaraqauli;
Qiqi Tsereteli – Zestafoni-Baqdati-Terjola-Tkibuli;
Akakiy Boboxidze – Samtredia-Tsxaltubo-Vani-Xoni;
Lela Keburiya – Abaşa-Martvili-Tsalendjixa-Çxorotsku;
Tariel Nakaidze – Xulo-Şuaxevi-Keda və Xelvaçauri.
Tbilisidə Vake dairəsində Elene Xoştariya, Mtatsminda-Krtsanisi dairəsində isə Şalva Şavqulidzenin namizədliyi irəli sürülüb.
“Avropa Gürcüstanı” partiyasının lideri David Bakradze bildirib ki, partiyanın üç əsas vədi var – tərəqqi, təhlükəsizlik və Qərblə inteqrasiya.
Qeyd edək ki, Hakim Partiya – “Gürcü Arzusu”nun Marneuli – Qardabani namizədi Zaur Darğallının adı da bir müddət əvvəl məlum olmuşdu. Partiya tərəfindən bu məlumat iki həftə öncə açıqlanıb.






























