Rusiyanın daha bir şəhərindən Bakıya aviareyslər bərpa olunur

İyulun 5-dən Rusiyanın Omsk şəhərindən Azərbaycana uçuşlar bərpa olunacaq.

Bu barədə Az.shafaqna.com-a Heydər Əliyev Beynəlxalq Hava Limanından məlumat verilib.

Bundan əvvəl Rusiyanın “Ural Hava Yolları” aviaşirkəti Omsk hava limanından Bakıya 28 iyun tarixinə planlaşdırılan uçuşu ləğv etmişdi.

Bu məqaləni paylaş