Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, Türkiyədə “hər şey daxil” sistemi ilə işləyən otellərin qaydaları dəyişib: artıq İsveç masasından yeməkləri boşqaba otel sakinləri yox, personal çəkəcək.

Bu haqda Türkiyə Otelyer Federasiyasının başçısı Sururi Çorabatır bildirib.

Otellərdəki “hər şey daxil” sistemi və qidalanma standartları əvvəlki kimi qalacaq, lakin artıq “İsveç masasında” personal xidmət göstərəcək: onlar boşqablara yemək çəkərək qonaqlara gətirəcəklər. Boşqablar və süfrə ləvazimatları Türkiyə Səhiyyə Nazirliyinin hazırladığı xüsusi qaydalar çərçivəsində dezinfeksiya edilir”, – deyə o qeyd edib.

Onun sözlərinə görə, bu tədbirlər otel sakinlərini koronavirusdan qorunmaq üçündür.

O əlavə edib ki, otel personalı pandemiya şəraitindəki iş üzrə təlim keçiblər.

Sosial məsafə və maskalar – əlbəttə, bunlarsız mümkün deyil, bu qaydalar təkcə Türkiyədə deyil, bütün dünyada qüvvədədir”, – deyə o bildirib.