İraq: ABŞ hücumu ölkə suverenliyinin pozulmasıdır

Az.shafaqna.com xarici mediaya istinadən xəbər verir ki, İraq hökuməti ABŞ-ın Suriya ilə sərhəddə “Həşdi Şabi”-yə hücumunu qəti şəkildə pisləyir.

Rəsmi Bağdad Vaşinqtonun bu hərəkətini İraq suverenliyinin pozulması kimi qiymətləndirir.

Bu barədə İraq Baş nazirinin mətbuat katibi Yəhya Rəsul bildirib.

“Bütün beynəlxalq sazişlərə müvafiq olaraq, bu addım qeyri-məqbuldur və İraq suverenliyi və milli təhlükəsizliyinin açıq-aşkar pozulmasıdır”, – deyə qeyd edilib.

Bildirilib ki, İraq hökuməti oxşar pozuntuların təkrarlanmasının qarşısının alınması üçün bütün zəruri tədbirləri görmək niyyətindədir.

ETİKETLƏNDİ:
Bu məqaləni paylaş