Az.shafaqna.com “Gazeta”-ya istinadən xəbər verir ki, Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) general-mayoru Vasiliy Vovk deyib ki, Moksva ilə silahlı münaqişə halında Kiyev NATO-dan hərbi yardım gözləməməlidir.
Onun fikrincə, Ukraynanın ABŞ-la birgə “Sea Breeze” təlimlərindəki iştirakını NATO-ya qəbulda imtinaya görə bonus kimi gözdən keçirmək olar.
Təlimlərin müharibə olmadığını qeyd edən Vovk bildirib ki, bu, o demək deyil ki, təlimlərdə iştirak edənlər Ukrayna ilə birlikdə Rusiyaya qarşı döyüşlərdə iştirak edəcəklər.
Bundan başqa, UTX general-mayoru əlavə edib ki, ABŞ və Rusiya prezidentləri Co Bayden və Vladimir Putinin Cenevrə görüşündə siqnal görüb.
“Biz bizə verilən mesajı aydın şəkildə başa düşməliyik: bizim şərqimizdə Rusiya kimi qonşu olduğu müddətcə biz NATO-da olmayacağıq”, – deyə o, bildirib.