Türkiyə 26 İŞİD terrorçusunu ölkələrinə deportasiya edəcək – VİDEO

Az.shafaqna.com Türkiyə mediasına istinadən xəbər verir ki, bu gün Türkiyə paytaxtı Ankarada İŞİD terror qruplaşmasının üzvü olmaqda şübhəli bilinən 26 nəfər saxlanılıb.

30  nəfər üçün həyata keçirilən əməliyyatda 4 nəfər aşkar edilməyib. Onların axtarışları davam edir.

Şübhəlilərin çoxu iraqlı, 2 nəfəri isə suriyalıdır.

Saxlanılanlar ölkələrinə deportasiya edilmələri üçün “Göç İdarəsi”nə gətiriliblər.

 

Bu məqaləni paylaş