Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, Gürcüstan Baş naziri İrakli Qaribaşvilinin illik hesabatı üzrə parlamentdəki siyasi debatlar bu gün davam edəcək.
Qaribaşvilinin ali qanunverici orqandakı çıxışı cümə günü gecə saat 12-dək davam edib. 70-dən çox deputat ona suallar verib. Debatlar bu gün də parlamentin növbədənkənar iclasında davam edəcək. Reqlamentə əsasən, 25 iyunda parlament yaz sessiyasını dövlət himninin sədaları altında rəsmi şəkil başa vurub.
Hesabatın təqdimnatından sonra Qaribaşvili deputatların dəqiqləşdirici suallarına cavab verib. Daha sonra isə siyasi debatlar başlamalı idi. Parlament sədri Kaxa Kuçava yaz sessiyasını qapadıb və bildirib ki, bütün siyasi qruplar debatlarda iştirak etmək istədiyi üçün, o, 28 iyunda növbədənkənar iclasın çağırılması xahişi ilə Gürcüstan prezidenti Salome Zurabişviliyə müraciət edib.
Debatların başa çatmasından sonra Baş naziri yekun nitqi ilə çıxış edə biləcək.
Gürcüstan parlamentinin növbədənkənar iclası bu gün 13:00-da başlayacaq.