Ermənistanda parlament seçkisinin yekun nəticəsi açıqlandı

Ermənistan Mərkəzi Seçki Komissiyası bu gün 20 iyun tarixində keçirilmiş erkən parlament seçkisinin yekun nəticəsini elan edib. Az.shafaqna.com Sputnik-ə istinadla verdiyi xəbərə görə, həmin nəticəyə əsasən, Baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyanın partiyası 53,91% səs qazanıb.

“Seçkilərdə 2 milyon 595 min 512 nəfər seçici siyahılarına daxil edilib, səsvermədə isə 1 milyon 281 min 997 və ya seçicilərin 49, 39%-i iştirak edib. 688,761 nəfər və ya 53, 91 % “İctimai müqavilə” partiyasına səs verib. “Ermənistan” blokuna (keçmiş Prezident Robert Köçəryanın – red.) səs verənlərin sayı isə 269 min 481 nəfər və ya 21, 9 % olub. “Şərəfim var” blokuna (keçmiş prezident Serj Sarkisyanın – red.) isə seçicilərin yalnız 66 min 650 nəfəri və ya 5, 22 %-i səs verib”, – deyə MSK rəhbəri Tiqran Mukuçyan yekun protokloun imzalanmasından əvvəl keçirilən iclada bəyan edib.

Qeyd edək ki, Ermənistan Seçki Məcəlləsinə görə, “Şərəfim var” blokunun topladığı səs parlamentdə təmsil olunmaq üçün kifayət etmir. Bu məqsədlə blokun ən az 7 faiz səs qazanması tələb olunurdu.

Ermənistanda parlament seçkisi iyunun 20-də keçirilib.

Bu məqaləni paylaş