
Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, Rusiyanın keyfiyyətə nəzarət təşkilatı “Roskaçestvo” yaxşı qarpızın necə seçilməli olması barədə məlumat verib.
“Səs boğuq və cingiltili olmamalıdır, bu ikisinin arasında orta bir şey – vibrasiyanı xatırladan uğultulu olmalıdır. Boğuq səs qarpızın lalıq olduğunu (vaxtının keçdiyini), olduqca cingiltili səs isə kal olduğunu göstərir”, – deyə mütəxəssislər bildirib.
Qarpız təzə, bütöv, təmiz və tutqun qabıq rəngli olmalıdır.
Qeyd edilir ki, qurumuş “quyruq” dadın 100%-lik əlaməti olmasa da, qarpızın yetişməsinin və daha torpaqdan rütubət almamasının göstəricisidir.
Üstəlik, uzunmüddətli daşınma zamanı kal qarpızın da saplağı quruya bilər.
Qarpızın vaxtında toplanmasının göstəricisi torpaq ləkəsidir – qarpızın torpaq üzərində durduğu hissəsi. Əgər ləkə açıq-sarı rəngdədirsə, qarpız vaxtında yığılıb. Mütəxəssislər qeyd edirlər ki, torpaq ləkəsi yalnız bir dənə olmalıdır.
“Roskaçestvo” həmçinin bildirir ki, qarpızın sahədən piştaxtaya çatma müddəti nə qədər çox olarsa, onun kal şəkildə qoparılması ehtimalı da bir o qədər çoxdur. Yetişmiş qarpızın qabığında çox əzik, çapıq və çat olmamalıdır.






























