Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, Gürcüstan Azərbaycan və Ermənistan arasında yenidən vasitəçilik etməyə hazırdır.
Bu barədə Gürcüstan Baş naziri İrakli Qaribaşvili bəyan edib.
Xatırladaq ki, iyun ayının əvvəlində Gürcüstanın vasitəçiliyi ilə Azərbaycan Ermənistana 15 erməni əsirini geri qaytarıb, Ermənistan isə Azərbaycana Ağdam rayonunun mina xəritəsini verib.
“Bu prosesdəki vasitəçi rolunu davam etməyə tam hazır olduğumuzu təsdiq etmək istəyirəm”, – deyə o, qeyd edib.
Üstəlik, Qaribaşvili deyib ki, bu, Gürcüstan üçün misilsiz bir rol olub və o, buna görə Azərbaycan və Ermənistan başçılarına etimadlarına öz təşəkkürünü bildirib.
Baş nazir qeyd edib ki, Gürcüstanın vasitəçi rolu haqqında razılıqlar onun may ayındakı Bakı və Yerevan səfərləri zamanı əldə edilib.