Az.shafaqna.com AA-ya istinadən xəbər verir ki, İordan çayının Qərb sahilində İsrail qüvvələri ilə toqquşma zamanı azı 73 fələstinli xəsarət alıb.
Bu barədə Fələstin Qızıl Aypara Cəmiyyətindən məlumat verilib.
Toqquşmalar Kafr-Kaddum, Kalkiliya və Beyta şəhərlərində qeyri-qanuni yəhudi yaşayış məskənlərinin inşası əleyhinə etiraz aksiyası zamanı baş verib.
İsrail qüvvələri fələstinli etirazçılara qarşı həm döyüş, həm də rezin güllələrdən, həmçinin gözyaşardıcı qazdan istifadə edib.
Döyüş güllələrindən 4 fələstinli yaralanıb, onlardan da birinin vəziyyəti ağırdır. Rezin güllələrdən 69 isə fələstinli xəsarət alıb. Daha 355 fələstinli də gözyaşardıcı qazın fəsadlarına görə xəstəxanalara müraciət edib.
Qeyd edək ki, İsrailin 1967-ci ildə işğal etdiyi Qərb sahilində 250-dən çox qeyri-qanuni yəhudi yaşayış mənqətəsi salınıb və yeni-yeni bu cür qeyri-qanuni məntəqələr tikilməyə davam edir.
500 mindən çox yəhudi bu ərazilərdə məskunlaşdırılıb ki, bu da işğal şəraitində yaşayan fələstinlilərin həyatını daha da ağırlaşdırır.