
Az.shafaqna.com “Russia Today”-a istinadən xəbər verir ki, İran Vaşinqton Demokratiyanın Mühafizəsi Fondunun rəsmisi Riçard Holdberqə qarşı şəxsi sanskiya tətbiq edib.
“İran XİN Demokratiyanın Mühafizəsi Fondu ilə əlaqəli və Con Boltonun keçmiş müşaviri Riçard Holdberqə qarşı sanksiya tətbiq edir”, – deyə İran XİN-dən bildirilib.
Sanksiyalar “insan hüquqlarının pozulması və terror aktları ilə mübarizəyə dair qanunun 4 və 5 maddələri” əsasında tətbiq edilir.






























