Türkiyənin Azərbaycandakı səfirliyi 26 iyun – Silahlı Qüvvələr Günü münasibəti ilə Azərbaycanın Silahlı Qüvvələrini təbrik edib.
Az.shafaqna.com xəbər verir ki, təbrik mesajı diplomatik nümayəndəliyin tvitter səhifəsində yerləşdirilib.
“Qardaş Azərbaycanın Silahlı Qüvvələrini 26 iyun – Silahlı Qüvvələr Günü münasibəti ilə təbrik edir, Vətən naminə müqəddəs və şərəfli xidmətlərində uğurlar arzulayırıq”, – təbrik mesajında deyilir.
Bu məqaləni paylaş