© photo: Sputnik

Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, 2021-ci il yanvar ayında Gürcüstanda yüksəktexnoloji molekulyar-diaqnostik laboratoriya açılacaq.

“Praymlab” adlı laboratoriya hər il 140 mindən çox müxtəlif analizlər həyata keçirir. Lakin, koronavirus pandemiyası ilə bağlı mövcud vəziyyət nəzərə alınaraq, üstünlük koronavirusun müəyyən edilməsi testlərinə veriləcək.

İlkin mərhələdə 17 nəfər işə götürüləcək. Əməkdaşların sayının artırılması, həmçinin beynəlxalq layihələrdə iştirak da planlara daxildir.

Laboratoriya “Gürcüstanda istehsal et” agentliyinin nəzdindədir.

Laboratoriya həm kreditinin həmmaliyyələşdirilməsi, həm də kredit-zamin mexanizmi kimi istifadə edilə bilər. Xüsusilə də, ilk 3 il ərzində layihənin bir hissəsini Agentlik maliyyələşdirəcək, kreditin əsas məbləğinin 90 faizinin zamini isə dövlət olacaq.

Layihəyə ümumi investisiya məbləği 715 min laridir (238,3 min dollar).

Qeyd edək ki, “Gürcüstanda istehsal et” Gürcüstan hökumətinin ən uğurlu layihələrindən biridir. O, ölkədə yerli istehsala təkana yönəlib. Agentlik biznes-sektoruna və ölkəni iqtisadi inkişafına yönəlmiş bütün dövlət proqramlarını özündə cəmləyib.

Pandemiyanın səbəb olduğu böhran şəraitində iş adamlarına kömək məqsədi ilə proqramı genişləndirmək qərarı qəbul edilib.

Söhbət kredit, təminat və mikroqrantların subsidiyalaşdırılmasından gedir.