Az.shafaqna.com SANA-ya istinadən xəbər verir ki, Yəmən PUA-ları Səudiyyə Ərəbistanının cənub-qərbində yerləşən Malik Xalid aviabazasına hücum edib.
Bu barədə Yəmən ordusunun rəsmisi briqada generalı Yəhya Sari məlumat verib.
Bildirilib ki, “Kasef K-2” PUA-ları dəqiqliklə hədəfləri vurub.
Sari qeyd edib ki, bu, Səudiyyə Ərəbistanının Yəmən xalqına qarşı təcavüzünə cavab addımı olub.
Xatıradaq ki, Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya artıq bir neçə ildir Yəmən və onun xalqına qarşı işğalçı və təcavüz siyasəti yürüdür. Koalisiya mülki obyektlərə – evlər, məktəblər, xəstəxanalar, yas məsclisləri, su və qida anbarlarına belə zərbələr endirməkdən çəkinmir. İndiyədək qadın, uşaq və yaşlılar da daxil olmaqla, onminlərlə dinc sakin həyatını itirib və yaralanıb. Koalisiyanın ölkənin hava, su və qurudan blokadaya salması nəticəsində isə ölkə əhalisinin böyük hissəsi aclıqdan əziyyət çəkir.