Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, Gürcüstan hökuməti çoxuşaqlı ailələrə və yeni doğulmuş körpələri olan ailələrə yeni mənzillərin alışında pul yardımı etməyə hazırdır.
Bu barədə Gürcüstan Baş naziri İrakli Qaribaşvili bildirib.
“Biz çoxuşaqlı ailələr və təzə doğulmuş körpələri olan ailələrə yeni mənzilin alışına yardım üzrə yeni proqrama başlayırıq. Onlar ipoteka kreditinin subsidiyalaşdırılmasından faydalana biləcəklər”, – deyə o qeyd edib.
Qaribaşvili proqramın digər detalları barədə hələ məlumat verməyib.
Bu məqaləni paylaş