ABŞ-da yanğınlar: İnsanlar evakuasiya olundu – FOTO

.
0

Kaliforniyadakı yanğınsöndürmə qrupları minlərlə insanı Los-Ancelesin şərqindəki evlərindən zorla çıxaran kütləvi yanğınla mübarizə aparır.

Az.shafaqna.com BBC-yə istinadən xəbər verir ki, helikopterlər və su tökən təyyarələr tərəfindən dəstəklənən 1300-dən çox yanğınsöndürən cümə günü başlayan alovla mübarizə aparır.

Yanğının əsasən dik, dağlıq ərazidə olduğundan texnikanın ərazidə işləməsinə maneə yaradır bu isə yanğınsöndürənlərin işini çətinləşdirir.

Təxminən 7,800 sakinə ərazini boşaltmaq xəbərdarlığı edilib.

Görüntülərdə dağlıq bölgədən ucalan tüstü müşahidə olunur. Bir tvitdə Milli Hava Xidməti tüstünün Arizona ştatının Finiks şəhərinə – təxminən 300 mil (482 km) uzaqlıqda yayıldığını bildirib.

“Yanğın indiyədək 20.516 akr (8,302 hektar) əraziyə yayılıb”, Milli San Bernadino Meşəsi Bazar günü bir tvitində bildirib.

Əvvəlki məqaləBakı – İstanbul xüsusi reyslərinin sayı artırılır
Növbəti məqalədəGürcüstanda yüksəktexnoloji COVID-19 laboratoriyası yaradılacaq