
Az.shafaqna.com “1TV News”-ə istinadən xəbər verir ki, Əfqanıstanın şərqində yerləşən Cəlalabad şəhərindəki həbsxanaya terror hücumu olub.
Hücum nəticəsində 20 nəfər həyatını itirib, 85 nəfər isə yaralanıb.
İŞİD terror təşkilatı hücumun məsuliyyətini öz üzərinə götürüb.
Əfqanıstanlı rəsminin sözlərinə görə, hücum zamanı məhbuslar həbsxanadan qaçıblar, lakin 700 məhbus tutularaq geri qaytarılıb.
Məlumata görə, ölənlər arasında mülki və güc strukturu əməkdaşları var.
Atışma zamanı 5 terrorçu məhv edilib.






























