Az.shafaqna.com TASS-a istinadən xəbər verir ki, işğalçı Ermənistan rejimi hökuməti bugünkü iclası zamanı Türkiyə məhsullarının idxalı ilə bağlı qadağanı uzatmaq qərarı qəbul edib.
Belə ki, 1 iyuldan sözügedən qadağa daha 6 ay müddətinə uzadılacaq.
“Türkiyə məhsullarının idxalı (2020-ci il) 31 dekabrdan 6 ay müddətinə qadağan edilmişdi. Müvafiq olaraq da, (qadağanın) vaxt(ı) 1 iyulda başa çatır. Qadağanı daha 6 ay müddətinə uzatmağı təklif edirik”, – deyə rejimin iqtisadiyyat naziri vəzifəsini icra edən Vaan Kerobyan bildirib və rejim hökuməti bu təklifi yekdilliklə qəbul edib.
Bu məqaləni paylaş