Az.shafaqna.com “Forbes”-ə istinadən xəbər verir ki, Rusiya Milli Tibbi Palatasının başçısı, Ümumrusiya Xalq Cəbhəsinin Mərkəzi Qərargahının həmsədri Leonid Roşal bəyan edib ki, koronavirus pandemiyası “bioloji müharibənin məşqidir”.

Mövcud vəziyyəti təhlil etdikdə, mən anlayıram ki, bu, bioloji müharibənin məşqidir”, – deyə o bildirib.

O qeyd edib ki, bu virusun insan tərəfindən yaradıldığını hesab etmir, lakin mövcud vəziyyət səhiyyə sisteminin davamiyyətinin, o cümlədən də bioloji müdafiənin yoxlamasıdır.

Roşal Rusiya prezidenti, hökuməti və Səhiyyə Nazirliyinin qəbul etdiyi tədbirləri yüksək qiymətləndirib.