Əfqanıstan ordusundan “Taliban”-a ağır zərbə

Az.shafaqna.com AA-ya istinadən xəbər verir ki, son sutka ərzində Əfqanıstan ordusu və “Taliban” terrorçuları arasında 13 əyalətdə baş vermiş toqquşmalar zamanı 221 terrorçu məhv edilib.

Bu barədə Əfqanıstan Müdafiə Nazirliyi məlumat verib.

Daha 88 terrorçu isə yaralanıb.

Toqquşmalar Kunar, Qəzni, Qəndəhar, Uruzqan, Zabul, Fərəh, Qor, Bəlx, Fəryab, Hilmənd, Nimruz, Qunduz və Bədəxşan əyalətlərində baş verib.

Döyüş zonalarında 29 partlayıcı qurğu zərərsizləşdirilib.

Qeyd edək ki, Əfqanıstanda son zamanlar ordu ilə terrorçular arasındakı döyüşlər şiddətlənib. Terrorçular çox sayda ərazini işğal edərək nəzarətə götürüblər.

Bu məqaləni paylaş