Lukaşenko: Qərbdəki əclaflara göstərməliyik ki…

Az.shafaqna.com RT-a istinadən xəbər verir ki, Qərbin Belarusa qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq etməsi onun gücsüzlüyünü göstərir.

Bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.

“Bu, qudurğan sanksiyalardan sonra ilin sonu Ümumi Regional Məhsul (URM) necə olacaq? Biz buna hazırlaşırdıq, təhlükələri bilirdik”, – deyə o qeyd edib.

Lukaşenko deyib ki, şərait nəzərə alınaraq, heç bir müəssisədə eniş olmamalıdır.

“Biz sərhədin o tayındakı əclaflara göstərməliyik ki, onların sanksiyaları onların gücsüzlüyüdür. Və biz bunu edəcəyik”, – deyə o, əlavə edib.

Bu məqaləni paylaş