Papuaşvili: Qaxariya və Saakaşvilinin Vaşinqtonda görüşdüyü ehtimal edilir

Az.shafaqna.com 1TV-a istinadən xəbər verir ki, Vaşinqtonda Mixail Saakaşvili və Giorgi Qaxariya arasında görüşün baş tutduğu ehtimal edilir.

Bu barədə Gürcüstan parlamentinin təhsil komitəsinin sədri Şalva Papuaşvili bildirib.

O deyib ki, Saakaşvilinin Vaşinqtonda olmasına dair videofaktlar var və Qaxariya da Vaşinqtondadır.

“Ehtimal ki, onlar arasında görüş baş tutub. Bu, bizim də barəsində danışdığımız şeyi təsdiq edir – Giorgi Qaxariyanın istefası “Milli Hərəkat”-ın xeyrinə olub, onun siyasətə qayıdışı isə həmçinin “Milli Hərəkat”-ı razı salır”, – deyə Papuaşvili qeyd edib.

O, hər şeyin üst-üstə düşdüyünü və bu faktın da şübhələri təsdiqlədiyini bildirib.

“Mixail Saakaşvilinin Vaşinqtona gələrək Giorgi Qaxariya ilə görüşmək üçün bu qədər böyük yolu qət etməsi faktı onların mühüm məsələləri müzakirə etmək niyyətində olması ehtimalını təsdiq edir”, – deyə o, əlavə edib.

Bu məqaləni paylaş