Belçikada Aİ Liderlər Zirvə Toplantısı başlayır

Avropa İttifaqı ölkələrinin başçıları, aralarında Türkiyənin də olduğu dövlətlərlə gündəm başlıqlarını müzakirə etmək üçün iyunun 24 və 25-ində bir araya gəlir.

Az.shafaqna.com trthaber-ə istinadən xəbər verir ki, Aİ Liderlər Zirvə Toplantısı 24 və 25 iyun tarixlərində Belçikanın paytaxtı Brüsseldə təşkil ediləcək.

Başçıların gündəmində yeni tip koronavirus (Covid-19) epidemiyası ilə mübarizə, Aİ-nin üzv ölkələr üçün qurtarma fondları, köçlə bağlı üçüncü ölkələrlə əməkdaşlıq, Türkiyə, Belarus, Rusiya ilə xarici əlaqələrə baxış məsələləri müzakirə olunacaq.

Yığıncağın axşam yeməyində danışılacaq Türkiyə ilə əlaqədar hissəsində Türkiyə-Aİ əlaqələri, Şərqi Aralıq dənizindəki vəziyyət və Kipr, köç, Türkiyədəki suriyalılara yardım, Gömrük Birliyinin aktuallaşması və ticari münasibətlər müzakirə ediləcək.

Bu məqaləni paylaş