Azərbaycanda vaksinasiya olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 47 824 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Az.shafaqna.com-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 25 682, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 22 142 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 3 080 340, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 997 612, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 082 728 təşkil edir.r.

Bu məqaləni paylaş