Şoyqu: Avropadakı vəziyyət partlayış təhlükəlidir

Az.shafaqna.com “İzvestiya”-ya istinadən xəbər verir ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu Avropadakı vəziyyəti partlayış təhlükəli adlandırıb və onun gərginliyinin azaldılması zərurətinin olduğunu deyib.

“Ümumən Avropadakı vəziyyət partlayış təhlükəlidir ki, onun deeskalasiyası istiqamətində konkret addımların atılması tələb olunur. Rusiya tərəfindən bir sıra tədbirlər təklif edilib. Məsələn, söhbət təlim rayonlarının təmas xəttindən çəkilməsindən gedib”, – deyə o, Moskva Beynəlxalq Təhlükəsizlik Konfransında bildirib.

Şoyqunun sözlərinə görə, NATO ölkələri qoşunların Rusiya və Belarus sərhədlərinə atılmasını məşq edir.

“Bu gün kontinentdə hərbi münaqişənin güclənməsi tendensiyası dayanıqlı şəkildə möhkəmlənib. NATO yüksək hazırlılıq dərəcəli qruplaşmaların sayını artırır, qoşunların Müttəfiq Dövlət Rusiya və Belarusun sərhədlərinə operativ göndəriş marşrutlarını məşq edir”, – deyə o qeyd edib.

Rusiyalı nazir deyib ki, “Defender Europe” təlimləri alyansın şərq cinahında hücum hərəkətlərinin təliminə yönəlib.

“Arktikada hərbi fəaliyyətin intensivliyinin artırılması davam edir”, – deyə o, əlavə edib.

Bu məqaləni paylaş