Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, Gürcüstan parlamentinin bürosu bu gün “Girçi” parlament siyasi qrupunun qeydiyyatdan keçirilməsinə dair qərar qəbul edib.
Sözügedən qərar üçün prosedur məsələləri və qaydaları üzrə komitənin rəyi əsas olub. Komitə ötən gün parlament siyasi qrupunun qeydiyyatdan keçirilməsi məsələsini dəstəkləyib.
Xatırladaq ki, bu ay Gürcüstan parlamenti reqlamentə düzəlişləri qəbul edib. Dəyişikliklərə əsasən, parlamentdə fraksiya qaydaları üzrə siyasi qruplar yaratmaq olar.
Siyasi qrupda azı 2 deputat olmalıdır. Üstəlik siyasi qruplar, Konstitusiyanın nəzərdə tutduğu hallardan başqa, fraksiyaların sahibi olduğu haqlardan da istifadə edə bilərlər.
Üstəlik, siyasi qrup rəhbərlərinin büro iclaslarında iştirak etmək hüququ var, həmçinin onlar fraksiya liderlərinin sahib olduğu bütün haqlara da sahibdirlər, müavinə sahib olmaq hüququndan başqa.