Sarkisyan: Ermənistanda idarəetmə üsulu dəyişməlidir

Az.shafaqna.com “Sputnik”-ə istinadə xəbər verir ki, işğalçı Ermənistan rejiminin prezidenti Armen Sarkisyan konstitusiya dəyişikliyi təklifi ilə çıxış edib.

O deyib ki, Ermənistanın prezident üsulu ilə idarə edilməsi və gözlənilməz ölkə olmaması üçün bu addım atılmalıdır.

Xatırladaq ki, Ermənistan 2015-ci ildəki konstitusiya dəyişikliklərindən sonra prezident idarəetmə üsulundan parlament idarəetmə üsuluna keçib.

Sarkisyan bildirib ki, hazırda Ermənistan nə prezident respublikasıdır, nə də parlament respublikası.

“Belə alındı ki, insanların geniş səlahiyyətləri olsa da, məsuliyyəti yoxdur”, – deyə o qeyd edib.

Bu məqaləni paylaş