Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu iyunun 23-də Almaniyanın paytaxtı Berlində təşkil ediləcək Liviya mövzulu İkinci Berlin Konfransında iştirak edəcək.
Az.shafaqna.com trthaber-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən verilən məlumatda bildirilir.
“Hörmətli nazirimiz Birləşmiş Millətlər Təşkilatı və Almaniyanın həmsədrliyi ilə 2021-ci ilin 23 iyun tarixində Berlində təşkil ediləcək Liviya mövzulu İkinci Berlin Konfransında iştirake dəcək. Konfransda Liviyada 24 dekabr seçkilərilə nəticələnəcək siyasi müddətin hamar şəkildə irəliləməsi üzərində danışılacaq”, -deyə məlumatda qeyd edilir.
Bu məqaləni paylaş