
Az.shafaqna.com xəbər verir ki, bu gün 2 avqustda Tbilisinin “Eliava” inşaat materiallarının bazarının işçilərinin kütləvi koronavirus testləşməsi həyata keçiriləcək.
Bu barədə Xəstəliklərə Nəzarət Milli Mərkəzinin direktoru Amiran Qamkrelidze Gürcüstanın “Birinci telekanalı”nın efirində deyib.
“Eliava” inşaat materialları bazarında 2019-cu ilin məlumatına görə, 15 min nəfər işləyir, 150 hüquqi və fiziki şəxs burada ticarət nöqtəsinə malikdir.
Qamkrelidzenin sözlərinə görə, testləşmə başqa bazarlarda da aparılıb və aparılacaq.
“Geniş araşdırma və testləşmə “Lilo” bazarında da həyata keçirilib. Burada 4300 nəfər test olunub. Dinamo bazarında təsadüfi testləşmə prinsipilə bu işlərə davam edirik. “Eliava” bazarında isə 500 nəfərin testləşməsi nəzərdə tutulur.”, -deyə Gürcüstanın Xəstəliklərə Nəzarət Milli Mərkəzinin direktoru Amiran Qamkrelidze bildirib.






























