
Az.shafaqna.com xəbər verir ki, Gürcüstanda daha 6 nəfərdə koronavirus aşkarlanıb, 8 nəfər sağalıb.
Bu haqda məlumatı hökümətin koronavirusla bağlı xəbərləri açıqladığı stopcov.ge saytı yayıb.
Məlumata görə, bu günə qədər Gürcüstanda koronavirusa yoluxanların sayı 1177-yə çatıb, onlardan 955 nəfər sağalıb, 17 nəfər ölüb. Karantin rejimində 6969 vətəndaş nəfər qalır ki, onlardan 285 nəfər stasionar nəzarətdədir.












