İranın yeni prezidenti prioritet və hədəflərini açıqladı – VİDEO

Az.shafaqna.com xəbər verir ki, İranın yeni seçilən prezidenti Ayətullah İbrahim Rəisi ilk mətbuat konfransını keçirib.

“Shafaqna”nın İran bölməsinin müxbiri iştirak etdiyi mətbuat konfransından bildirir ki, Ayətullah Rəisi bəzi məqamlara diqqət çəkib.

* Rəisi xalqın seçkilərdə iştirakını bir neçə mesaj olduğunu qeyd edərək, mesajların korrupsiya, yoxsulluq,  ayrıseçkiliyə son vermək və iqtisadi vəziyyəti yaxşılaşdırmaqdan ibarətdir.

* Rəisi sazişlərə sadiq qalacağını bildirdi

*Nüvə danışıqlarına qarşı deyiləm – deyir Rəisi.

* O daxili siyasətlərinin prioritetinin iş vəziyyətini və insanların yaşayışını yaxşılaşdırmaq olduğunu deyir.

* Rəisi bildirir ki, İnzibati sistem qurulacaq, korrupsiyaya qarşı mübarizə üsulları yaradılacaqdır.

* İndiyə qədər səy göstərməyimizə baxmayaraq çatışmamazlıqlar mövcuddur, hökümətin əsas məqsədi dəyişiklikdir və dəyişikliyin əsas oxu ədalətdir, -deyir Rəisi.

* Rəisi: Konstutusiya nəzərdən keçiriləcək və yeddinci inkişaf planını izləyəcəyik.

* Rəisi: Bu hökumət ümidli və etibarlıdır və hər hansı bir qrupa mənsub olmayacaqdır. Bu hökumətin rəhbərləri vətənpərvərdirlər və insanların problemlərinin həllindən narahatdırlar. Xalq və inqilab üçün ürəyi olan hər kəs ortağımız olacaq.

* Xarici siyasət sahəsində bu günə qədər millətimizə qarşı maksimum təzyiq nəticə vermədi.  Bütün ölkələrlə qarşılıqlı əlaqə quracağıq. Danışıqlarda milli maraqlara xidmət edən danışıqlar prioritet olacaqdır, -deyir İranın yeni prezidenti.

Rəisiyə verilən “Hökümətin prioriteti nədir?” sualına – “Hər növ korrupsiya və rant yaradan şeyləri ləğv etməkdir.”, -deyə cavab verib.

*İnsanların məşğulluq və mənzillərlə təmin edilməsinə diqqət ayrılacaq, – Rəisi deyir.

.* Xarici siyasətlə bağlı suala Rəisi “Embarqo və sanksiyaları ləğv etmək və rabitə qurmaq üçün müzakirələri davam etdirəcəyik.”, -deyə cavab verib.

*Rəisi müzakirələrlə bağlı: ABŞ İrana qarşı bütün sanksiyaları ləğv etməlidir. Avropa Birliyi də verdiyi öhdəliklərə əməl etməlidir, baxmayaraq ki, verdiyi sözlərə əməl etmədi…

Bu məqaləni paylaş