Tokioda Olimpiya Oyunları izləyicilərsiz keçirilə bilər

Az.shafaqna.com RT-a istinadən xəbər verir ki, Tokiodakı keçiriləcək Olimpiya Oyunları, pandemiyaya görə ölkədə fövqəladə vəziyyət rejimi elan edilərsə, izləyicilərsiz keçirilə bilər.

Bu barədə Yaponiyanın Baş naziri Yoşihide Suqa bildirib.

“Düşünürəm ki, məlumdur ki, biz hazırda üstünlüyü təhlükəsizliyə veririk”, – deyə o qeyd edib.

Xatırladaq ki, Olimpiya Oyunları 23 iyuldan 8 avqustadək keçirilməlidir.

21 iyundan Tokioda fövqəladə vəziyyət rejimi gücləndirilmiş tədbirlər rejimi ilə əvəz edilib.

Bu məqaləni paylaş