Qazaxıstan: Azərbaycanla qarşılıqlı COVİD pasportunun tanınmasına hazırıq

Qazaxıstan Azərbaycanın COVİD pasportunu qarşılıqlı tanınmasına hazırdır.

Az.shafaqna.com xəbər verir ki, bunu Azərbaycanda rəsmi səfərdə olan Qazaxıstan Baş nazirinin müavini – xarici işlər naziri Muxtar Tleuberdi Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla mətbuat konfransında deyib.

Nazirin sözlərinə görə, Azərbaycan Qafqaz və Xəzər regionunda Qazaxıstanın əsas ticarət tərəfdaşıdır:

“Pandemiya ilə əlaqədar ticarət dövriyyəmiz azalıb. Biz ticarət dövriyyəsinin artması üçün işlərin görülməsinə, eyni zamanda qısa müddətdə Azərbaycan və Qazaxıstan arasında aviaəlaqələrin bərpasına, COVİD pasportunun qarşılıqlı tanınmasına hazırıq”.
Bu məqaləni paylaş