İsrail qüvvələri Şeyx Cərrahda fələstinlilərə güc tətbiq etdi

Az.shafaqna.com AA-ya istinadən xəbər verir ki, İsrail qüvvələri Qüds şəhərinin şərq hissəsində yerləşən Şeyx Cərrah küçəsinin yerli sakinlərinə olan fələstinlilərə qarşı güc tətbiq edib.

Şahidlərin sözlərinə görə, İsrail qüvvələri Şeyx Cərrah sakinlərini ərazidəki meydana buraxmayıb, bundan başqa, Şeyx Cərrah küçəsindəki evlərindən çıxarılmaq riski ilə üz-üzə olan fələstinli sakinlərə dəstək üçün toplaşan fələstinlilər də İsrail qüvvələri tərəfindən qovulub.

Bundan başqa, İsrail qüvvələri Şeyx Cərrahdakı fələstinlilərdən birinin evinin qapısını qıraraq onun evinə soxulub və ev sakinlərinə qarşı da güc tətbiq edilib.

Qeyd edək ki, adıçəkilən məhəllənin qeyri-qanuni yəhudi sakinləri şənbə günü buradakı fələstinlilərə qarşı gözyaşardıcı qazdan istifadə ediblər.

Qeyd edək ki, son müharibənin əsas başlamaq səbəblərindən biri də məhz İsrail qüvvələrinin buradakı yerli fələstinliləri evlərindən qovması olub.

Bu məqaləni paylaş