Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, əgər Gürcüstanda yoluxma hallarının azalma dinamikası qalarsa, hərəkət məhdudiyyəti, ehtimalən, artıq iyun ayındaca ləğv ediləcək.
Bu barədə Tbilisi İnfeksion Xəstəxanasının direktoru Tengiz Tsertsvadze bildirib.
“İnsanlar normal həyat, idman və mədəni tədbirlər, dostlarla görüş üçün darıxırlar, ona görə də məhdudiyyətlər azalır. Yeganə qalmış məhdudiyyət “komendant saatıdır” və o da qısadır. Onun da ləğvi gözdən keçirilir. Bu, şübhəsiz, epidemioloji vəziyyətin dinamikasından asılıdır. Əgər epidemioloji vəziyyət bizə bu imkanı verərsə, məhdudiyyətin ləğvinin bu ay baş verəcəyi gözlənilir”, – deyə o qeyd edib.
Onun sözlərinə görə, açıq məkanda maskadan istifadə qaydasının yumşaldılması məsələsi də gözdən keçirilir. O deyib ki, maska yoluxmaqdan qorunmaq üçün yeganə müdafiə vasitədir və qapalı məkanda ondan istifadə qaydasının ləğvinin əleyhinədir.