Koçaryan seçkilərin nəticəsini tanımağa tələsmir

Ermənistanın ikinci prezidenti Robert Koçaryanın başçılıq etdiyi “Hayastan” bloku erkən parlament seçkilərin ilkin nəticələrini “hələ ki tanımağa hazırlaşmır”, bazar günü seçkilərdən sonra “Hayastan” blokun yaydığı bəyanatda deyilir.

Az.shafaqna.com BBC-yə istinadən xəbər verir ki, Koçaryanın başçılıq etdiyi seçki alyansında səsvermə nəticələrini mübahisəli və etimad doğurmayan hesab edirlər.

Onların fikrincə, səsvermənin ilkin nəticələri Ermənistanın ictimai həyatında son 8 ay ərzində müşahidə olunan proseslərə ziddir.

“Müxalif qüvvələrin izdihamlı mitinqləri və hakimiyyətin kiçik saylı tədbirləri, ölkədə hökm sürən etimad böhranı tamam başqa əhval-ruhiyyələrdən xəbər verir. Ciddi etimadsızlıq çatışmazlığına seçki məntəqələrdən alınan mütəşəkkil və planlaşdırılmış saxtakarlıq haqqında yüzlərlə siqnal əsas verir”, – bayantda deyilir.

“Hayastan” bloku qeydə alınmış ehtimal olunan pozuntuları araşdırmağa hazırlaşır, və bütün bu sualların tam cavabı tapılmayınca səsvermənin yekunlarını tanımayacağını bildirir.

Bu məqaləni paylaş