Hulusi Akar: Son 6 ildə 18 mindən çox terrorçu zərərsizləşdirilib

“Son 6 ildə 18 min196 terrorçu zərərsizləşdirildi, sığınacaqlarına, mağaralarına, bütün yuvalarına girildi və bu proses davam edir”.

Az.shafaqna.com trthaber-ə istinadən xəbər verir ki, bunu milli müdafiə naziri Hulusi Akar dünən (18 iyun)  Baş Qərargah rəisi general Yaşar Gülər ​​və digər komandanlarla kütləvi istehsalla buraxılan ilk milli “Atmaca”  gəmi əleyhinə raketin sınaq atışını izlədiyi zaman verdiyi açıqlamada deyib.

Milli gəmi TCG Kınalıada korvetindən həyata keçirilən və uğurla tamamlanan atışdan sonra Akar Türkiyənin beynəlxalq aləmdə bir gücə çevrildiyini və Türkiyə Silahlı Qüvvələrinin məsuliyyətlərinin artdığının şüuru ilə fəaliyyətlərinə davam etdiyini bildirib.

Nazir Akar terrora son qoymaqda qətiyyətli olduqlarını ifadə edərək, “Şimali İraqda yerləşən terrorçuları zərərsizləşdirmək üçün apardığımız mübarizə sonuncu terrorçu zərərsizləşdirilənə qədər davam edəcək. 24 iyul 2015-ci ildən bəri terrorla mübarizə gücləndi və artan templə fasiləsiz davam edir. O gündən bu günə qədər 18 min 196 terrorçu zərərsizləşdirildi.

Oradakı sığınacaqlarına, mağaralarına, bütün yuvalarına girildi və bu proses davam edir. Nəcabətli millətimizi bu terror bəlasından qurtaracağıq, sərhədlərimizin və xalqımızın təhlükəsizliyini təmin edəcəyik. Mehmetciyin nəfəsi terrorçuların qulağının dibindədir. Hara qaçsalar da, biz də onların ardınca gedirik. Onlar üçün yeganə çıxış yolu ədalətə sığınmaqdır” deyib.

Bu məqaləni paylaş