Kuçava Gürcüstan torpaqlarının işğal altında olduğunu xatırladıb

Az.shafaqna.com 1TV-a istinadən xəbər verir ki, Gürcüstan parlamentinin sədri Kaxa Kuçava Ümumdünya Qaçqınlar Günü münasibəti ilə çıxış edib.

“Bizim seçdiyimiz və dəstəklənən münaqişələrin dinc yolla həlli kursunun daha da çox dəstək almasında və vətəndaşlarımızın öz evlərinə geri dönməsində beynəlxalq ictimaiyyətin köməyi olduqca mühümdür”, – deyə o bildirib.

Kuçava xatırladıb ki, Gürcüstan ərazisinin 20 faizi əvvəlkitək işğal altındadır.

“Bu günün bizdə də qeyd edilməsi olduqca mühümdür, çünki Gürcüstanda, təəssüf ki, işğal davam etməkdədir və bizim məcburi köçmüş şəxslərimiz, ailələrimiz var. Həmişə maksimum şəkildə onları dəstəkləmək və həyatlarını asanlaşdırmaq bizim borcumuzdur. Ən əsası da onların öz ocaqlarına geri dönə biləcəyi status-kvonun əldə edilməsi uğrunda mübarizə aparmaqdır”, – deyə Kuça qeyd edib.

ETİKETLƏNDİ:
Bu məqaləni paylaş