Az.shafaqna.com “Politico”-ya istinadən xəbər verir ki, Ağ Ev Ukraynaya təqdim etdiyi hərbi yardım paketini müvəqqəti olaraq dayandırıb.
Daha öncə ABŞ Milli Təhlükəsizlik Şurası Ukraynaya ediləcək hərbi hərbi yardımın tədqiqi tapşırığını vermişdi. Bu, Rusiyanın ordusunun ölkə daxilindəki yerdəyişmələrinin fonunda baş vermişdi.
Lakin sonradan Milli Təhlükəsizlik Şurası rəsmiləri “bu təklifi təxirə salıblar” və bu, ABŞ və Rusiya prezidentlərinin Cenevrədəki görüşünün astanasında baş verdi.
Qeyd edək ki, sözügedən yardım paketi 150 milyon dollar dəyərində olmalı idi.
Bu məqaləni paylaş