Türkiyənin “Atmaca” raketi yekun sınaqdan keçdi

Az.shafaqna.com AA-ya istinadən xəbər verir ki, Türkiyənin gəmi əleyhinə olan “Atmaca” raketi dövlət sınaqları zamanı şərti düşmənin təyin edilmiş suüstü hədəfini uğurlu şəkildə vurub.

Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib.

O deyib ki, adıçəkin raketin silahlanmaya qəbul edilməzdən öncəki son test buraxılışı 18 iyunda həyata keçirilib.

Ərdoğan qeyd edib ki, “Atmaca” yekun sınaqlardan uğurla keçib.

Bu məqaləni paylaş