Sərxoş kişi məsciddə atışma törətdi – QIRĞIZISTANDA

Az.shafaqna.com REGNUM-a istinadən xəbər verir ki, Qırğızıstanda 63 yaşlı kişi axşam namazı zamanı məscidə gələrək atışma törədib.

Ölkənin hüquq-mühafizə əməkdaşları həmin şəxsi tutublar.

Bildirilir ki, həmin kişi sərxoş vəziyyətdə məscidə daxil olub və tapança ilə təhdid edərək məscidə gələnlərdən birini öldürəcəyini deyib. Bundan sonra 2 dəfə məscidin divarına atəş açıb və oradan qaçıb.

Saxlanılan kişinin üzərindən travmatik tapança və 26 ədəd patron, həmçinin güllə darağı və kiçik kalibrli tüfəng gülləsi müsadirə ediblər.

Polis faktla bağlı cinayət işi başladıb.

Bu məqaləni paylaş