Rusiyada təyyarə sərt eniş etdi: Ölənlər var

Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, Rusiyanın Kemerovo vilayətində L-410 təyyarəsi sərt eniş edib.

Nəticədə 4 nəfər həyatını itirib.

Bildirilir ki, dünyasını dəyişənlərdən 2-si təlimatçı-paraşütçü, digər 2 nəfəri isə pilotdur. Göyərtədə ümumilikdə 19 nəfər olub – 17 sərnişin və 2 ekipaj üzvü.

Qəzaya səbəb mühərriklərdən birinin sıradan çıxması olub. Nəticədə təyyarə eniş edərkən ağaclara ilişib.

ETİKETLƏNDİ:
Bu məqaləni paylaş