BMT Baş Asambleyasının bu gün keçirilən iclasında Antonio Quterreş ikinci müddətə BMT-nin Baş katibi təyin olunub.
Az.shafaqna.com trthaber-ə istinadən xəbər verir ki, ölkəsi Portuqaliya tərəfindən namizəd göstərilən və BMT TŞ tərəfindən namizədliyini təsdiq olunan Quterreş 193 üzvlü BMT Baş Assambleyasının iclasında ikinci dəfə baş katib seçilib.
Quterreşin təyinatı barədə qətnamə səsə qoyulmadan ümumi razılıq əsasında qəbul edilib. Xatırladaq ki, BMT-nin baş katibi beş il müddətinə seçilir.
Bu məqaləni paylaş