Az.shafaqna.com xəbər verir ki, böyük mərcəi təqlid müctehidlərindən olan Ayətullahül Üzma Seyid Sistaninin tam səlahiyyətli nümayəndəsi Ayətullah Cavad Şəhristani İranda keçirilən seçkilərdə səsvermə hüququndan istifadə edib.
O seçki məntəqəsinə gələrək öz səsini əks etdirən kağızı qutuya salıb.
Qeyd edək ki, Ayətullah Cavad Şəhristani həm İran, həm də İraq vətəndaşıdır.
Xatırladaq ki, İranın 8-ci prezidentliyinə Məhkəmə Hakimiyyətinin sədri İbrahim Rəisi, Məsləhət Şurasının katibi Möhsün Rzai, deputat Əmirhüseyn Qazizadə-Haşimi, Mərkəzi Bankın keçmiş direktoru Əbdünnasir Himməti namizədlərdir.

Bu məqaləni paylaş