Az.shafaqna.com 1TV-a istinadən xəbər verir ki, Gürcüstana həftə ərzində uçuşların sayını artıran aviaşirkətlərin sayı artmaqdadır.
Bu barədə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Natiya Turnava məlumat verib.
Onun sözlərinə görə, bu dəfə “Buta Airways” aviaşirkəti Bakı-Tbilisi-Bakı istiqamətindəki müntəzəm reyslərin tezliyini artırmaq qərarına gəlib.
“Bizim reyslərlə bağlı daha bir yaxşı xəbərimiz var – loukoster “Buta Airways” Bakı-Tbilisi-Bakı istiqaməti üzrə uçuşların tezliyini artırır. 20 iyuladək həftədə 5 reys olacaq, 20 iyuldan sonra isə aviaşirkət gündə iki reys həyata keçirəcək”, – deyə Turnava bildirib.
Eyni zamanda, nazir qeyd edib ki, qonşu ölkələrdən olan turistlərin Gürcüstana gəlişinin daha asan olması mühümdür və buna görə də Azərbaycan aviaşirkətinin belə bir qərarı müsbət qarşılanır.
