İranda prezident seçkiləri keçirilir

İran İslam Respublikasında 13-cü dəfə üçün prezident seçkisi keçirilir.

Az.shafaqna.com xəbər verir ki, səsvermə saat 07.00-da başlayıb, 00.00-da başa çatacaq. Ölkənin Daxili İşlər Nazirliyinin nəzdində yaradılmış Seçki Qərargahı səsverməni iyunun 19-da saat 02.00-a qədər uzada biləcəyini də açıqlayıb.

Prezident olmaq üçün 4 namizəd; Məhkəmə Hakimiyyətinin sədri İbrahim Rəisi, Məsləhət Şurasının katibi Möhsün Rezai, millət vəkili Əmirhüseyn Qazizadə-Haşimi, Mərkəzi Bankın keçmiş direktoru Əbdünnasir Himməti iştirak edirlər.

Bu məqaləni paylaş