Tramp: Çin pandemiyaya görə ABŞ-a 10 trilyon dollar ödəməlidir

Az.shafaqna.com RT-a istinadən xəbər verir ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp Çindən Çinin pandemiya nəticəsində ABŞ-a vurduğu ziyanı ödəməyi tələb edib.

O, müvafiq təzminatı 10 trilyon dollar olaraq qiymətləndirib.

“Həmin rəqəmdən xeyli çoxdur, lakin bu, onların ödəyə biləcəyi məbləğdir. Və söhbət yalnız bizim üçün olan ödənişlərdən gedir, qalan ölkələr üçün isə bu rəqəm daha da böyükdür”, – deyə o qeyd edib.

Xatırladaq ki, Tramp daha öncə də demişdi ki, Çin pandemiyaya görə azı 10 trilyon dollar təzminat ödəməlidir, lakin söhbət pandemiyadan əziyyət çəkən bütün ölkələrdən gedirdi.

ETİKETLƏNDİ:
Bu məqaləni paylaş