Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, yaxın gələcəkdə Gürcüstanda əhalinin kütləvi vaksinasiyası üçün vaksinlərin geniş seçimi və kifayət qədər ehtiyatı olacaq.
Bu barədə ölkənin səhiyyə naziri Yekaterina Tikaradze bildirib.
Onun sözlərinə görə, bir neçə istehsalçı ilə vaksinlərin tədarükü ilə bağlı aktiv iş gedir.
Bu və ya digər vaksinlərin gəlməsi ilə bağlı dəqiq tarix hələ açıqlanmasa da, nazir söz verir ki, yaxın zamanda Gürcüstan vətədanşlarının vaksinlər arasında seçim imkanı olacaq.
ETİKETLƏNDİ:Yekaterina Tikaradze
Bu məqaləni paylaş