70-ə yaxın hərbçi müasir protezlərlə təmin olunub

Vətən müharibəsində yaralanan qazilərin müasir protezlərlə təmin edilməsi prosesi davam etdirilir.

Az.shafaqna.com-un məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Hidayət Abdullayev deyib.

Onun sözlərinə görə, artıq 70-ə yaxın hərbçimiz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müasir protezlərlə təmin edilib: “Bunlar yeni nəsil protezlərdir. Həmin protezlərin təqdim edilməsi əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası üçün böyük töhfə verəcək”.

Bu məqaləni paylaş